Azərbaycanda bu il ÜDM-in həcmi 50 milyard dolları keçəcək

15:38 - 24.12.2021


24 dekabr, Fineko/abc.az.  Bu il Azərbaycanda nominal ÜDM-in həcmi 2014-cü ildən bəri ilk dəfə 50 mlrd. ABŞ dollarını keçəcək.

ABC.AZ xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə uzunmüddətli proqnozlarında əks olunub.

Bu ilin gözləntilərinə görə, Azərbaycanda nominal ÜDM-in həcmi 52,645 mlrd. dollar təşkil edəcək. Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 54,725 mlrd. dollar, 2023-cü ildə 55,975 mlrd. dollar, 2024-cü ildə isə 57,604 mlrd. dollar, 2025-ci ildə 59,556 mlrd. dollar, 2026-cı ildə isə 61,797 mlrd. dollar təşkil edəcək.

 

Bütün xəbərlər