Yeni il şənlikləri paketi neçəyədir?

11:21 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Yeni il bayramı ilə bağlı regionlarda yerləşən hotellərdə və əyləncə mərkəzlərində qiymətlər 40 faizə qədər bahalaşıb.

ABC.AZ xəbər verir ki, ekspertlər hesab edir ki, bu il də pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur.

Məsələn, qonaq sayı 150-dən artıq olmamalıdır, ara məsafələri saxlanmalıdır. Ona görə də yeni il şənlikləri kimi kütləvi tədbirlər keçirə bilən məkanların da sayı o qədər çox deyil.

Bu baxımdan tələbat artdığı üçün Yeni il bayramı günlərində hotellərdə bir qədər yüksək qiymətlər görə bilərik.

Yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 2000 manata qədər dəyişir.

 

Bütün xəbərlər