Birinci rübdə xaricə gedən azərbaycanlıların sayı 2,4% azalıb

12:04 - 24.04.2018


24 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında 151 ölkənin vətəndaşları Azərbaycana səfər etmişlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə turist axınının artımı ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% və ya 639,4 min çox olub.

“Əsasən, Azərbaycana Rusiya - 27,4%, Gürcüstan - 22,1%, İran - 15,8%, Türkiyə - 11,6%, Birləşmiş Ərəb Əmirlikləri - 4,7%, Ukrayna - 1,9% və 14,6% - digər ölkələrin vətəndaşları gəlmişdir, vətəndaşlığı olmayan vətəndaşların sayı isə 0,1% təşkil etmişdir.

Məlumatda deyilir ki, ölkəni tərk edən azərbaycanlıların sayı ilk rübdə 2,4% azalaraq 943,3 min nəfər təşkil edib. Vətəndaşların əksəriyyəti Gürcüstana - 31,6%, İrana - 27,2%, Rusiyaya - 21,8%, Türkiyəyə 12,3%, Ukraynaya 1,8%, BƏƏ-nə 1,5%, 3,8% digər ölkələrə gedir.

 

 

Bütün xəbərlər