İcbari Sığorta Bürosunda yeni üzvlər - Qurumda yığıncaq keçirilib

14:29 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı yığıncağı keçirilib.

Börodan ABC.AZ-a daxil olan məlumata görə, “Xalq Sığorta” ASC-nin İdarə heyətinin sədr müavini Mətanət Nərimanlı, “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və “Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev Himayəçilər Şurasının üzvləri seçiliblər.

Həmçinin, Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvü təyin ediliblər. 24 dekabr 2021-cı il tarixində Mərkəzi  Bankın Baş direktoru Ziya Əliyev İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri, “Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev isə sədr müavini seçilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər