Azərbaycandakı mehmanxanalar üçün yeni tələb - Bunu mütləq etməli olacaqlar

14:53 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Bildiyiniz verdiyimiz kimi Milli Məclis dekabrın 27-də III oxunuşda  "Turizm haqqında" yeni qanunu qəbul edib.

ABC.AZ-ın məlumatına görə, yeni qanunda Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (otel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etmələri lazım gələcək.

Qeyd edilib ki, mehmanxanaların (otellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (otellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir.

 

Bütün xəbərlər