AZPROMO Küveytdə keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində yerli sahibkarların iştirakını təşkil edir

12:05 - 24.04.2018


24 aprel, Fineko/abc.az.  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Əl-Küveyt şəhərində keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində yerli sahibkarların iştirakını təşkil edir.

AZPROMO-nun məlumatına görə, “Kənd Təsərrüfatı, Balıqçılıq, Ərzaq və Texnologiya üzrə EXPO” sərgisi 26-28 sentyabr tarixlərində keçiriləcək.

Sərgidə, kənd təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər. Sərgi haqqında məlumatla aşağıdakı linkə keçərək tanış ola bilərsiniz:

https://www.cyberconnectkw.com/

 

Bütün xəbərlər