Azərbaycanda qumar oyunları təşkil edənlərə cinayət işi açılacaq

15:12 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişiklik edilib.

ABC.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, Məcəllənin 244-1-ci maddəsinin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilib.

Bununla da qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta kimi qiymətləndirilməyəcək, cinayət məsuliyyəti yaradacaq.

Belə ki, qumarxana, yəni qumar oyunlarını təşkil edənlər və ya keçirənlər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Bütün xəbərlər