Sahibkarlıq fəaliyyəti üçün icazələr genişləndirilir - Dəyişiklik edildi

15:24 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

ABC.AZ-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyikiyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi də bu siyahıya daxil edilir.

Dəyişikliklər müzakrələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Bütün xəbərlər