Prezident bu hərbçilərə general rütbəsi verdi - Siyahı

15:50 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

Sərəncam imzalayıb. ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə

general-mayor Yusif Həsən oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.

Bütün xəbərlər