Üç il ərzində sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat subsidiya verilib

17:00 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İpoteka və Kredit Zəmanət Fondu verdiyi zəmanətli kreditlərin həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat məbləğində subsidiyanın verilməsi təmin edilib.

Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5%-dək azaldılıb.

 

Bütün xəbərlər