Mikroçip avtomobil istehsalına maneə yaradıb - İstehsalda azalma var

17:31 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Dünyadakı mikroçip çatışmazlığı və təchizat zəncirindəki problemlər bu il planlaşdırılandan 9,6 mln. az avtomobil istehsalı ilə nəticələnib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "LMC Automotive" analitik şirkəti bildirir.

Tədqiqatda qeyd edildiyi kimi, yarımkeçiricilərin çatışmazlığından ən çox Avropa istehsalçıları əziyyət çəkəcək.

Belə ki, regionda avtomobil istehsalı ilin sonunda planlaşdırılan həcmdən 3 mln. avtomobil az olacağı proqnozlaşdırılır.

"LMC Automotive"in proqnozu sentyabr ayında mikroçip çatışmazlığının ilin sonuna qədər 10,6 mln. avtomobil itkisi ilə nəticələnəcəyini proqnozlaşdıran "IHS Markit"dən daha əlverişlidir.

Buna baxmayaraq, LMC avtomobil istehsalçıları üçün vəziyyətin 2022-ci ilin ikinci yarısına qədər əhəmiyyətli dərəcədə yaxşılaşmayacağını və bazarda yarımkeçirici çatışmazlığının 2023-cü ilə qədər qalacağını ehtimal edir.

 

Bütün xəbərlər