Nazirlikdə işləmək istəyənlər üçün vakansiya - İşlərin siyahısı

10:41 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi 308 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul  üçün müsabiqə üzrə müsahibə elan edib.

ABC.AZ-ın məlumatına görə, dekabrın 27-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb.

Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat gələn ilin yanvarın 25-dək davam edəcək. Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=481

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482

 

Bütün xəbərlər