Avropada 1000 kubmetr qaz 1200 dollardan satılır

11:03 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından çox olub.

ABC.AZ xəbər verir ki, 28 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 250 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 291 dollar) ilə müqayisədə 5% azdır.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

 

Bütün xəbərlər