Banklar valyuta hərracına tələbi 7,6% azaldıb

12:41 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, dekabrın 28-də baş tutmuş valyuta hərracında $120,9 mln satılıb ki, bu da ötən hərracda olduğundan $10 mln (7,64%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $120,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.  

 

Bütün xəbərlər