Sosial Xidmətlər Agentliyi müəssisələrin yeməklə təminatı tenderini fiziki şəxsə verdi

14:38 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi müəssisələrinin yeməklə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderin nəticələrini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, tender agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin 617 215 nəfər sakininin hazır yeməklə təmin olunmasını əhatə edir. 5 milyon 972 min manatlıq tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevdir.

 

Bütün xəbərlər