Bayram günlərində mehmamxanalarda monitorinqlər artırılacaq

14:46 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi tərəfindən digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqlər bayram günlərində daha da intensivləşdiriləcək.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq.

 

Bütün xəbərlər