Neft qiyməti yüksəlməkdə davam edir, Brent barrel başına $79,10 təşkil edir

09:25 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Neftin etalon markalarıın qiymətləri ötən hərracların yekunları üzrə yüksəlişdən sonra çərşənbə günü artır.

Saat 9:10-da London ICE Futures birjasında ticarətdə Brent neftinin fevral fyuçersi $0,16 (0,20%) - barel başına $79,10 qədər artıb. Dekabrın 28 - də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin fevral fyuçersinin qiyməti $0,34 (0,43%) - barrel başına $78,94-a yüksəldi.

Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin  fevral ayına olan fyuçersi $0,04 (0,05%) - barrel başına $76,02 səviyyəsinə yüksəldi. Dekabrın 28 - də keçirilən hərracların nəticələrinə görə, fevral fyuçerslərinin qiyməti barel başına $0,41 (0,54%) - $75,98 səviyyəsinə yüksəlib.

 

Bütün xəbərlər