Milli Məclis 7 qanunu qəbul etməyib – Siyahı

10:28 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 7 qanun layihəsi qəbul edilməyib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi.

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilməyib.

 

Bütün xəbərlər