Vahid Ələkbərovun sərvəti bu il 6,44 mlrd. dollar artıb

12:06 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Forbes" jurnalı rusiyalı milyarderlərin siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, siyahıda olan 104 rusiyalı milyarderdən 74-ü bu il ərzində sərvətlərini 101,39 mlrd. ABŞ dolları artıraraq 576,72 mlrd. dollara çatdırıb.

Təkcə ən uğurlu 10 milyarder öz kapitalını 74,51 mlrd. dollar artırıb. Sərvətini bu il ən çox artıranlar arasında  "Wildberries" e-ticarət şirkətinin rəhbəri Tatyana Bakalçuk (+11,92 mlrd. dollar) və "Avroxim"in İdarə Heyətinin üzvü Andrey Melniçenko (+10,6 mlrd. dollar) olub.

T. Bakalçukun sərvəti 13,02 mlrd. dollar, A. Melniçenkonun sərvəti isə 25,37 mlrd. dollar təşkil edib.

"Lukoil"un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov cari ildə sərvətinin artımına görə "Forbes"in rusiyalı milyarder reytinqində beşinci olub.

O, bu il sərvətini 6,44 mlrd. dollar artıraraq 26,16 mlrd. dollara çatdırıb.

 

Bütün xəbərlər