"TURKOVAC” vaksini Azərbaycana nə vaxt gətiriləcək?

14:02 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. “Bir neçə ay əvvəl "TURKOVAC” vaksininin kliniki tədqiqatları zamanı Azərbaycan, Pakistan və Qırğızıstan kimi ölkələrlə birgə elmi araşdırmalar üçün fəaliyyət həyata keçirirdik".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri, professor Erhan Akdoğan “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb: “Ortaq elmi araşdırmalar platforması çərçivəsində “TURKOVAC” vaksinlərini yaxın gələcəkdə Azərbaycana çatdırmağı planlaşdırırıq. Bu, geniş yayılmış peyvəndləmə çərçivəsində deyil, orada davam edən elmi işlərə töhfə vermək üçündür”.

 

Bütün xəbərlər