Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük daşımalarına güzəştli tarif tətbiq edilməsini razılaşdırdılar

15:36 - 24.04.2018


24 aprel, Fineko/abc.az. Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi  ilə neft və neft məhsullarının daşınması üçün güzəştli tarifin tətbiqi haqqında razılığa gəliblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin tarif siyasəti və marketinq şöbəsinin müdiri Əli Qasımov bildirib ki, artıq Astara-Astara sınaq qatarının yola salınması ilə, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinin birinci mərhələsini başa çatdırıb.

“İran ərazisində Astara-Rəşt sahəsinin tikintisindən sonra qatarlar Hind okeanından Şimali Avropaya qədər, həmçinin Bakı-Tbilisi-Qars xətti  ilə Türkiyə vasitəsilə Şərqi və Mərkəzi Avropaya hərəkət edə biləcək. Artıq Azərbaycan ərazisindən neft və neft məhsullarının nəqlinə 50% endirimlə güzəştli tarif razılaşdırılıb”, - Ə. Qasımov belə deyib.

 

Bütün xəbərlər