On bir ayda Azərbaycanda 39 mlrd kubmetrdən çox qaz hasil edilib

15:13 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 39,7 mlrd. kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən 17,8%, yəni 6 mlrd. kubmetrə yaxın artımla qaz hasil edilib.

Məlumata görə, qazın 12,1 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan, 20,4 mlrd. kub metri "Şahdəniz" qaz-kondensat yatağının 7,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub.

 

Bütün xəbərlər