On bir ayda Azərbaycan qaz satışını 40 faiz artırıb

15:27 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xaricə qaz satışı təxminən 16,9 mlrd. kubmetr təşkil edib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8% çoxdur.

Cari ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 mlrd. kubmetr, Avropaya təqribən 7,3 mlrd. kubmetr, Gürcüstana isə 1,8 mlrd. kubmetr qaz ixrac edilib.

“Bu dövrdə BTC boru kəməri sisteminə 92 mln. kubmetr qaz verilib”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, Türkiyəyə Trans-Anadolu kəməri (TANAP) vasitəsi ilə bu müddətdə 5,1 mlrd. kubmetrdən çox qaz nəql olunub.

 

Bütün xəbərlər