Mərkəzi Bank dekabrda 9 hərrac keçirib - 800 milyon dollardan çox valyuta satılıb

16:41 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. 2021-ci ilin dekabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında banklara 989,2 milyon ABŞ dolları satılıb.

ABC.AZ-ın məlumatına görə, bu, noyabr ayındakı satışdan 135,3 milyon dollar və ya 15,8% çoxdur.  2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər