Azərbaycanda 510 yeni yoluxma halı qeydə alınıb

16:57 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 510 yeni hal aşkar edilib (COVİD-19), 1039 nəfər müalicə olunub, 14 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına 616352 yoluxma halı aşkarlanıb, 598793 nəfər müalicə olunub, 8346 nəfər vəfat edib.

Bir gün ərzində 10771 test, pandemiyanın başlanğıcından etibarən isə 5 853 336 test keçirilib.

 

Bütün xəbərlər