Tesla şirkəti elektrikli avtomobil satışını kəskin artırıb

10:16 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. “Tesla” şirkəti ötən ili çox ciddi artımla başa vurub.

ABC.AZ-ın məlumatına görə, şirkət ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb. Müqayisə üçün qeyd edək ki, bu, 2020-ci ilin satışlarından 87 faiz çoxdur.

Bu rəqəm indiyədək qeydə alınmış ən yüksək göstəricidir. 

Qeyd edək ki, şirkətin sahibi İlon Maskdır.

Onun bununla yanaşı “SpaceX” kimi nəhəng kompaniyası da var.

Müəllif: Elmir Murad

Bütün xəbərlər