Azərbaycan İran vasitəsi ilə Türkmənistandan qaz ixracına başladı

11:18 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. "Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq".

ABC.AZ-ın məlumatına görə, bunu İranın neft naziri Cavad Oci deyib.

O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.

"Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə, nazir bildirib.

Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib.

 

Bütün xəbərlər