Tətil günlərində milli parkları bu qədər turist ziyarət edib

05.01.2022,14:10


5 yanvar, Fineko/abc.az. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında Azərbaycanın milli parklarına 1884 turist səfər edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib ki, bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır:

"Azərbaycana gələn qonaqlar tətillərdə, bayram günlərində milli parkları ziyarət etməyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artır".