Mikayıl Cabbarov qiymət artımından danışdı - Ərzaq istehsalının də­yər zənciri formalaşdırılmalıdır

14:41 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. "Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100%-lik lokalizasiyaya nail olmaqdır".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur: "Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırıl­ması bu cür sahibkarlıq subyektlə­rinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesi­nin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məh­sul istehsalı və emalı üzrə ixtisas­laşmanın dərinləşdirilməsi hədəf­lənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələ­rinin yenidən qurulması, sağlam­laşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərin­dən geniş istifadə ediləcəkdir”.

 

Bütün xəbərlər