Ən məşhur smartfonların siyahısı - Foto

15:38 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Dünyanın ən populyar smartfonlarının siyahısı tərtib edilib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, siyahıya Cənubi Koreya və “Samsung” brendi başçılıq edir. Belə ki, dünya statistikasına görə, “Samsung” ötən rübün ən populyar smartfonu seçilib.

Şirkət 69,4 milyon qadjet həcmində tədarük edilən məhsulların həcminə görə reytinqdə birinci yerə layiq görülüb. Qeyd edək ki, nəticələr gözlənilənlərin əksi olub. Əvvəlcə analitiklər birinci yeri “Apple” və ya “Xiaomi” olacağını gözləyirdi. Hesablama sistemində liderlik göndərilən məhsulların həcminə görə müəyyən edilib. İkinci yerdə 49,2 milyon tədarük edilən modellə “Apple”dir.

Üçüncü yerdə Çinin “Xiaomi” brendidir (44 milyon). Bu brendin məhsullarının tədarükü ötən illə müqayisədə 7 faiz azalıb, lakin şirkət bazarda 14 faizə bərabər pay saxlayır. Dördüncü və beşinci yerləri müvafiq olaraq Çinin “Oppo” və “Vivo” qadjetlərinə verilib.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər