Agentlik sədrindən etiraf - Hotelçilik sahəsində müəyyən çatışmazlıqlar var

16:09 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. "Hazırda Azərbaycanda hotelçilik sahəsində, xüsusilə də xidmət sferasında müəyyən çatışmazlıqlar var".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.

Bununla belə, onun sözlərinə görə, hotellərdə xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində kifayət qədər irəliləyiş və inkişaf da müşahidə olunur:

"Ulduz dərəcələrinin hotellərin real olaraq təklif etdikləri xidmətlərə uyğunlaşdırılması məqsədi ilə müəyyən təşəbbüslər həyata keçirmişik"

“Məlumdur ki, dövlət səviyyəsində hotelçiliyin inkişafına xüsusi diqqət ayrılır. Məhz ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində yeni hotellərin açılması stimullaşdırılır, mühüm sosial iqtisadi infrastruktur layihələrinin icrası uğurla davam etdirilir" deyə F.Nağıyev əlavə edib.

 

 

Bütün xəbərlər