Azərbaycanda loqistika şirkəti yaradılır - 1 milyon 530 min manat nizamnamə kapitalı var

16:24 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha bir şirkəti qeydiyyata alıb.

ABC.AZ-ın məlumatına görə, bu, “Sara Logistics” MMC-dir. Yeni şirkətin nizamnamə kapitalı 1 530 000 manatdır və qanuni təmsilçisi Məmmədov Xaliq Əjdər oğludur.

Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə ev.2 m.89. ünvanıdır. Qeyd edək ki, şirkət logistik fəaliyyətlə məşğul olacaq.

 

Bütün xəbərlər