Maliyyə Nazirliyi 15 milyon manat məbləğində DOİ realizə etdi

10:02 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Ötən gün Azərbaycanın Maliyyə Nazirliyi  Bakı Fond Birjası vasitəsi ilə dövlət ortamüddətli istiqrazlarını (DOİ) realizə etdi.

BFB xəbər veridiyi kimi, dünən  AZ0106007690 ISIN-li, 15 milyon həcmində, tədavül müddəti 1092 gün və faiz dərəcəsi 9% ilə DOİ buraxılışı yerləşdirilmişdir.

6 investordan 56 747 min manat məbləğində 14 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza  90,3179 manatdan (illik gəlirlilik iddiası 13%)  100,00 manata (9%) qədər qiymət intervalında təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96,2234 AZN (gəlirlilik 10,5%), orta ölçülmüş qiyməti isə 97,8061 AZN (9,8625%) səviyyəsində müəyyən edilmişdir. DOİ 15 milyon manat həcmində yerləşdirilmişdir.

DOİ-in ödəmə tarixi: 20  aprel 2021-ci il.

 

Bütün xəbərlər