FED faiz dərəcəsini artırmağa hazırlaşır – İclas keçirildi

10:37 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. ABŞ-ın mərkəzi bankı Federal Ehtiyatlar Sistemi (FED) ölkədəki iqtisadi vəziyyətlə əlaqədar baza faiz dərəcəsini gözləniləndən tez artırmağa hazır olduğunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin iclası zamanı bəyan edilib.

Qeyd edilib ki, daha güclü iqtisadiyyat və yüksək ABŞ inflyasiyası gözləniləndən daha tez faiz artımına səbəb ola bilər.

“İclas iştirakçıları qeyd ediblər ki, iqtisadiyyat, əmək bazarı və inflyasiya ilə bağlı proqnozlar nəzərə alınsa, faiz dərəcəsinin əvvəllər düşünüldüyündən daha tez artırılmasına haqq qazandırmaq olar”, - hesabatda deyilir.

 

Bütün xəbərlər