Qazaxıstanda bütün maliyyə qurumlarının işi dayandırılıb

10:48 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Qazaxıstanda bütün maliyyə institutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Milli Bankdan bildirilib.

“Yanvarın 6-dan bütün ikinci dərəcəli bankların və Qazaxıstan birjasının işi dayandırılacaq”, - deyə Milli Bankdan qeyd edilib.

Bildirilib ki, bu barədə qərar Milli Bank və Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi tərəfindən internetin müvəqqəti sıradan çıxması nəzərə alınmaqla, eləcə də maliyyə qurumlarının əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

 

Bütün xəbərlər