Romada uçan taksilər işləyəcək - 2024-cü ildə

12:03 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Romanın Hava Limanı 2024-cü ildə yeni aerotaksi (uçan taksi) xidməti təqdim edəcəyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, “Volocopter” adlandırılan aerotaksilər sərnişinləri hava limanından şəhər mərkəzinə çatdıracaq.

Tamamilə ekoloji cəhətdən təmiz və demək olar ki, səssiz olan sözügedən taksi markası “VoloCity helikopter” sinifinə aiddir.

Uçuş qiyməti 140 avro göstərilib. Bu gediş qiyməti, ənənəvi adi taksilərdən, təxminən iki dəfə bahadır. Aerotaksilər şəhər tıxaclarından yan keçməklə cəmi 10 dəqiqəyə ünvanda olacaq.

 

Bütün xəbərlər