Valyuta hərracında bankların tələbi $114 mln-dan çoxdur

13:17 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, yanvarın 6-da valyuta hərracında $114,1 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $114,1 mln təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər