"Bakı Metropoliteni" ötən il bu qədər gün işləməyib - Hesabat

14:14 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.

"Bakı Metropoliteni" QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, pandemiyanın başlandığı 2020-ci ildə də metronun işinə zamanla bir sıra məhdudiyyətlər tətbiq edilib. 2020-ci il martın 29-31-də 3 gün ərzində qatarlar səhər 2 (07:00-09:00) və axşam 3  (17:00-20:00) saatlıq iş reşimi ilə, yəni qrafik üzrə nəzərdə tutulan 54 saatın əvəzinə 15 saat işləyib.

Həmin il 3 dəfə sərnişindaşıma fəaliyyəti tam məhdudlaşdırılıb.

Birinci dəfə aprelin 1-dən mayın 9-na kimi, ikinci dəfə iyulun 4-dən sentyabrın 14-dək sərnişin daşımayan Bakı metropoliteni həmin il sonuncu dəfə oktyabrın 16-da tam iş günü rejimində fəaliyyət göstərib.

Sərnişindaşıma həyata keçirilən dövrlərdə isə iyun ayından başlayaraq, həftəsonları stansiyaların qapıları bağlı qalıb.

Beləliklə, 2020-ci ildə 198, 2021-ci ildə isə mayın 31-dək 150, daha sonra həftəsonları da nəzərə alınmaqla cəmi 179 gün sərnişin daşınmayıb.

Ümumən, pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.

 

Bütün xəbərlər