Çinin nəhəng şirkəti iflas etdi - Borcu var idi

14:40 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Çinin daşınmaz əmlak şirkəti "Shimao Group" borc dalanına dirənib.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən şirkətin 645 milyon yuan borcu var. Şirkət borcu ödəyə bilmədiyi üçün defolta düşüb (iflas olub).

"Shimao Group" şirkətinin dollar istiqrazları ucuzlaşıb. Şirkətin Honq Konq Birjasında ticarət edilən səhmləri günü 5,2 faiz ucuzlaşma ilə başa vurub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər