Bu sığorta şirkətinin üzvləri Direktorlar Şurasından gediblər

15:11 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Azərbaycanda yeganə regional sığorta şirkəti olan “Naxçıvansığorta” ASC-nin Direktorlar Şurasının üzvləri vəzifəsindən kənarlaşıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,  sığorta şirkətinin Direktorlar Şurasında yer alan iki üzvi – Əliyeva Nahidə Məmməd qızı və Xəlilov Səbuhi Yusif oğlu vəzifəsindən kənarlaşdırılıb.

Onların yerinə hər hansısa təyinatın olması ilə bağlı hələki xəbər verilmir.

Direktorlar Şurasında İsayev İsa Bünyad oğlu sədr kimi təmsil olunur. N.M.Əliyeva hazırda “Naxçıvansığorta”nın yeganə səhmdarı olan “Naxçıvanbank” ASC-də Müşahidə Şurasının üzvidir.

 

Bütün xəbərlər