Qazaxıstana giriş qadağan olundu – Əcnəbilər ölkəyə gedə bilməz

15:44 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Qazaxıstqndakı iğtişaşlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.

ABC.AZ-ın məlumatına görə, Qazaxıstan rəhbərliyi fövqəladə vəziyyət rejimi ilə əlaqədar olaraq xarici vətəndaşların ölkəyə girişini dayandırıb.

Bu barədə məlumatı Qazaxıstanın Özbəkistandakı səfirliyi yayıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etiraz aksiyaları səbəbindən yanvarın 5-dən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan olunub.

 

Bütün xəbərlər