“Etihad Airways” Azərbaycanda öz nümayəndəliyini qeydiyyatdan keçirib

11:06 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti  “Etihad Airways” Azərbaycanda öz nümayəndəliyini (filialını) qeydiyyatdan keçirib.

Vergilər Nazirliyində bildirildiyi kimi, nümayəndəlik  2 mart tarixində qeydə alınıb.

Əhməd Seyed Məhəmməd Əli Əhməd, şirkətin rəsmi nümayəndəsi olaraq qeydiyyatdan keçib.

 

Bütün xəbərlər