Simsiz qulaqlıqların ziyanı olduğu aşkarlanıb – Səbəblər

07.01.2022,10:27


7 yanvar, Fineko/abc.az. Bəzi cihazlar kimi simsiz qulaqlıq da bir çox nüanslarda sağlamlığa zərər verə bilər.

ABC.AZ-ın xarici KİV-ə istinadən məlumatına görə, bunun mənbəyi aparatda olan ionlaşmayan radiasiyadır.

Belə ki, aşağı tezlikli bir elektromaqnit sahəsinin insanlar üçün ciddi bir təhlükə olduğuna dair bir fikir də var.

Ancaq elm adamları hələ bu fərziyyəni təsdiqləyən bir dəlil tapmayıblar.

Buna baxmayaraq, bir çox istifadəçi qulaqlıqların baş və eşitmə orqanlarının yaxınlığında yerləşməsindən narahatdır. İddiaya görə, bu səbəbdən cihazın mənfi təsiri arta bilər.

Müəllif: Elmir Murad