Bitcoin fırıldaqçıları artıb

12:12 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. Mərkəzləşdirilməmiş maliyyə platformalarının (DeFi) artması sayəsində kriptofırıldaqçılar 2021-ci ildə rekord məbləğdə 14 mlrd. ABŞ dollar kriptovalyuta mənimsəyiblər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın “Chainalysis” şirkətindən bir qrup analitikləri bəyan ediblər.

Analitiklərin fikrincə, rəqəmsal valyuta ilə bağlı cinayətlərdən itkilər 2020-ci illə müqayisədə ötən il 79% artıb.

Eyni zamanda, kriptovalyuta sahəsində ən çox cinayətlər fırıldaqçılıq, ardınca oğurluq olub və onların əksəriyyəti blokçeyn layihələrinin sındırılması nəticəsində baş verib.

“Chainalysis”in statistikasına görə, DeFi əməliyyatlarının həcmi 2021-ci ildə 912% artıb.

Eyni zamanda kriptovalyutanın oğurlanması 516% artaraq 3,2 mlrd. dollar təşkil edib.

Bunun cəmindən oğurlanan vəsaitin 72%-i DeFi protokollarından götürülüb.

 

Bütün xəbərlər