Bu sığorta şirkətində kadr dəyişiklikləri olub - Təyinatlar

14:31 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin rəhbər orqanlarında bir sıra dəyişikliklər baş verib.

ABC.AZ xəbər verir ki, Müşahidə Şurasının üzvü olan Seyidov Ruslan Əsəd oğlu vəzifəsini tərk edib. Onun yerinə hələki təyinat olmayıb.

İdarə Heyətinin üzvi olan Yusifzadə Aqşin Mehralı oğlu isə vəzifəsindən kənarlaşıb, onun yerinə  Quliyeva Aynurə Toğrul qızı müvəqqəti üzv kimi təyin edilib.

Təftiş Komissiyasının sədri Bairamov Vasif vəzifəsindən kənaralaşıb. Onun yerinə sədr kimi indiyədək üzv olmuş Hüseynov Abdulla Bəylər oğlu təyin edilib.

 

Bütün xəbərlər