Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək

15:01 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə yeni rezident – “BEYT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Smart” arı yeşiklərinin istehsalı təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, istehsalı planlaşdırılan ağıllı arı yeşiklərinə temperatur, rütübət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçəcək tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanma ilə bağlı məlumatları fermerə ötürəcək proqram təminatı hazırlanacaq.

İlkin mərhələdə 20 nəfər heyətlə işə başlanılması planlaşdırılır. Müəssisə illik istehsal gücü 500 min ədəd ağıllı yeşik təşkil edəcək.

 

Bütün xəbərlər