Azərbaycanda COVİD-19 ilə bağlı 547 yoluxma halı qeydə alınıb

07.01.2022,17:06


7 yanvar, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa yoluxmanın 547 yeni halı (COVİD-19) aşkar edilib, 631 nəfər müalicə olunub, 9 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 620049 yoluxma faktı aşkarlanıb, 604537 sağalıb, 8431 nəfər dünyasını dəyişib.

Koronavirusa yeni yoluxma hallarının aşkarlanması üçün sutka ərzində 11139 test, ötən müddət ərzində isə 5 922 366 test keçirilib.