Bakı Fond Birjasında əməliyyatların həcmi 15 milyard manatı keçib

10.01.2022,11:59


10 yanvar, Fineko/abc.az. 2021-ci ildə Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15 milyard 300 milyon 752 min 386 manat təşkil edib.

Birjadan ABC.AZ-a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 19 %, repo əməliyyatları üzrə isə 235%, İpoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ilkin bazar ticarət həcmində 241%, bu korporativ qiymətli kağızların təkrar bazar ticarət həcmində isə 200% artım baş verib.

Müəllif: Elmir Murad