Daha bir BOKT nizamnamə kapitalını artıracaq

15:04 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. “Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 300 min manat və yaxud 2 dəfə artıraraq 300 min manatdan 600 min manata çatdırmağı planlaşdırır.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 3 min ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və onları BOKT-un yeganə səhmdarı Məhəmməd Quliyev əldə edəcək.

 

Bütün xəbərlər