Ötən il AYİB Azərbaycana neçə avro investisiya yatırıb?

15:54 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. 2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana 8 layihə çərçivəsində 34 mln. avro investisiya yatırıb.

ABC.AZ-ın məlumatına görə, investisiyaların həcmi illik müqayisədə iki dəfə, layihələrin sayı isə 6-dan 8-ə yüksəlib.

Nəticədə, 2021-ci ilin noyabrın 30-na bankın Azərbaycandakı aktiv portfelinin həcmi 34 layihə üzrə 801 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib.

Portfelin 88%-i (709 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 9%-i (73 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ini (20 mln.avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Beləliklə, AYİB bu günədək Azərbaycana 178 layihə üzrə 3,305 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,5% (2,825 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

 

Bütün xəbərlər